среда, 8 июня 2016 г.

Rəng dairəsi


Rəng dairəsi.


Rəng dairəsi

  Rəng dairəsi əsas rəngin qarışığıdır. Bu layihədə öyrəndiyimiz məqam ondan ibarət oldu ki, rənglərin qarışığından necə yeni rəng almaq olar? Sualına cavab tapdıq. Ağ kağızın üzərində rəngləri qarışdırdıq.Bunu riyazi ifadə ilə göstərmək olar.

SARIGÖY= YAŞIL
GÖYQIRMIZIBƏNÖVŞƏYİ
QİRMİZİ + SARINARINCI
GÖY+ = MAVI
QIRMIZIQARAQƏHVƏYİ
QIRMIZI= ÇƏHRAYI

Araşdırdığ ki, heç bir rəng qarışığından ağ rəng almaq olmur. Qara rəngi digər rənglərə qatdıqda isə rənglər tündləşir. Rənglərə ağ rəng qatdığda isə möcüzələr baş verir.




                                       

  Həmçinin biz düşündük ki , məktəbimizin psixoloqu olan Nahidə müəllimədən rənglərin insan psixologiyasına təsirindən soruşaq.Nahidə müəllimənin dediklərindən :
 Uşaqlar rəng insanın daxili aləmini göstərir. İnsanın şəxsiyyəti geyindikləri geyimdə də özünü göstərir. Psixologiyasına təsir edir. 
Rənglər insanın ətraf mühitdə özünü rahat hiss etməsi xüsusiyyətlərinə malkdir.

           Sarı rəng- kökəlməyə meyilli

 Qırmızı rəng- İnsanların diqqətini özlərinə cəlb edənlər geyinir.










Qara rəng- Bu rəngdə geyinənlər çox ciddi və istedadlı olur.Yüz ölçüb bir biçir.


Yaşıl rəng- geyinən insanlar rahatlıq istəyən olur, təbiəti sevir.







Mavi rəng - geyinən adamlar sakitliyi sevir, mübahisə etməyi sevmir.







Bənövşəyi rəng-geyinən insanlar düşüncəli , həyatla ayaqlaşan real insanlardır.





Nahidə müəllimənin dediklərindən belə qənaətə  gəldik ki, düzgün rəng seçmək insanın həmçinin əhvalına təsir edir.Demək , rənglər insanın daxili dünyasının aynasıdır!


Bəlkədə bu səbəbdən yazıçılarımızda rənglər haqqında yazmışlar.Həmçinin kitabxanada apardığımız tədqiqat zamanı 
Rəsul Rzanın rənglər  haqqında  fəlsəfə şerinə  rastladıq:

Qırmızı sarı  yaşıl ağ qara. Hərəsi  bir sınaqla  bağlıdır.
Qara-matəm .
Qırmızı - bayram.
Sarı- nifrət rəmzi imiş.

Qırmizı -qanda ola bilər, nifrət rəmzi də.
Rənglər könlümüzdən keçir  isti  sərin  küləklər kimi
Nəğmələr sözlər  səslər  
Qəlbimizə  dolur müxtəlif rənglər kimi 
Rənglər xatirələr oyadır ,duyğular  oyadır.



     Ağ rəng.



Söylədi ağ :
Mən rənglərin padşahıyam,
Gəlinlərin ağ  duvağı ,ag üzüyəm.
Ləkəsizəm ,nöqsansızam ,
Həm bəyazam ,ağappagam,
Yağsa ağ qar  yer üzünə bərəkətəm.
Məndən doğar başqa  rənglər 
Mən  anayam.




 Apardığımız tədqiqatlar bizim üçün çox maraqlı oldu, bilmədiyimiz çoxlu yeni biliklərə sahib olduq. Düşünürük ki , bildiklərimizi digər şagirdlərlədə paylaşsaq yaxşı olar, ona görə biz " Rənglər aləmində" adlı divar qəzeti hazırlayacayıq.






  Layihədə bizə göstərdiyi köməkliyə görə Aynur müəlliməyə çox sağol deyirik  və dərin təşəkkürümüzü bildiririk! Bu layihə sayəsində biz yeni biliklər əldə etdik!
            

                              Hamıya təşəkkürlər!

              











Rəng dairəsinin sirri

       Bu suallara cavab tapmaq üçün axtarışa başladıq. Mən qrup rəhbəri idim (Zəhra). Biz kitabxanaya yollandıq, google chrome, vikipediyadan, draw picture və.s istifadə etdik.

Qırmızı: dinamik, üsyankar, həyəcan, bayramsayağı
Narıncı: cəlbedici, sağlam, enejili, dadlı
Sarı: günəşli, parlaq, sövqedici, şən, isti
Yaşıl: uğur, şəfa, bitki, ekologiya, təbii
Mavi: əmin-amanlıq, sakitlik, harmoniya
Göy: cəsarətli, sərin, genişlik, dərinlik
Bənövşəyi: həssas, mənəviyyat, hərəkət, kövrək








   Ətraf aləmi rəngsiz təsəvvür etmək mümkün deyil. Rəngləri sehrli rəng dairəsində göstərmək olar. Sehirli rəng dairəsində əsas rənglər olan qırmızı, sarı, göy və onların arasında qarışıq rənglər verilib.
Rəng dairəsini təşkil edən rənglər: Əsas, qarışıq, kontrast rənglər.
Rəng dairəsində iştirak etməyən rənglər: Arxomatik.
Maraqlandıq ki, Günəş şüasını büllur prizmadan keçirdikdə spektr adlanan rəngarəng zolağa çevrilir. Spektr- göy qurşağıdır. Burada rənglər müəyyən qaydada düzülür: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi.

Rəngli dünyamız


Rəngli dünyamız 

  Müəllim bizə (mən, Zəhra, Aylin, Hüseyn, Xumar, Teymur və İbrahimə) çoxdandan bəri marağında olduğumuz bir iş tapşırdı. Bizə rənglərin necə yaranmasını, onların mənalarını, yeni rənglərin tədqiq etməsini araşdırmağa cəlb etdi, rəng dairəsi haqqında məlumat toplamaq.



     Bu bir layihədir, maraqlıdır, çətindir. Bizi düşündürən suallar bunlardır:



   
1. Rəng dairəsinin sirri haqqında nə araşdıra bilərik?
2. Rənglərin mənaları hansılardır?
3. Rəngləri qarışdıranda necə yeni rəng çalarları yaranır?




Tədqiqatlarımıza başladıq)))))))))))






Ana səhifə


  Müəlliməmiz bizə "Rənglər" mövzusunda layihə işini hazırlamağı tapşırıb. O bizi 3 qrupa ayırıb. Bizim qrupun üzvləri :
1 . Abbasova Zəhra
2. Hənifəyev Hüseyn
3. Abbaslı Aylin
4. Əliyev Teymur
5. Bayramlı Xumar
6. Əhmədov İbrahim
 Həyatımızı gözəlləşdirən rənglərin müxtəlifliyi bu işi daha da  maraqlı etdi.





İşi  tamamlamaq üçün müəllim bizə 2 həftə vaxt vermişdi.  O, bizə "Müxtəlif rəngləri qarışdırmaqla hansı rəngləri almaq olar? " tapşırığını yerinə yetirməyi tapşırdı.Bu işin öhdəsindən uğurla gələcəyimizə inanırıq...